Son sutkada 72 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 72 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 825 965 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 395 nəfər müalicə olunaraq sağalıb, hazırda 564 aktiv xəstə var. Bu günə qədər 10 006 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 930, bu günə qədər isə ümumilikdə 7 420 424 test icra olunub.