Rusiya “Patriot”ların üzərinə İran dronları göndərəcək
Rusiya ABŞ tərəfindən Ukraynaya verilən “Patriot” sistemlərini məhv etməyə cəhd etmək üçün İranın verdiyi raket və dronlardan istifadə edə bilər.
AFN.az xəbər verir ki, “Forbes” jurnalı belə yazıb. “Putin Ukrayna Patriotlarını məhv etmək üçün İranın verdiyi silahlardan və İranın taktikasından istifadə edə bilər. Xüsusilə də o, Yəmən müharibəsi zamanı husilərin Səudiyyənin rəhbərlik etdiyi qüvvələrə qarşı tətbiq etdiyi döyüşdə sınaqdan keçirilmiş strategiyanı təkrarlamağa cəhd edə bilər”-məqalədə belə deyilir.
Husilərin “Patriot” radarlarına qarşı İran pilotsuz təyyarələrindən uğurla istifadə etdiyi qeyd edilir. Onların məhv edilməsindən sonra “Patriot” sistemi raketlərlə atəşə tutulub və bu sistem artıq onların qarşısını ala bilməyib.
“Ukrayna “Patriotlar”ı daimi olaraq Kiyevdə yerləşdirilərsə, çox güman ki, Rusiya onun radarına qarşı qrup halında görünməmiş sayda “Şahed” pilotsuz uçan aparatlarını hücumunu işə sala və batareyanı məhv etmək üçün yerləşdirmə sahəsinə raket zərbələri endirə bilər. Bu yolla Moskva nümayiş etdirəcək ki, ABŞ və müttəfiqlərinin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək səylərinə baxmayaraq, onun irəliləyişini dayandırmaq olmaz”, - Forbes iddia edir.
Eyni zamanda, nəşr ABŞ-ın heç vaxt “Patriot”un müharibədə dönüşə səbəb olacağını güman etmədiyinə diqqət çəkir.
“Bu silahların çatdırılması daha çox rəmzidir və ABŞ-ın Ukraynanı dəstəkləməkdə davam edən qətiyyətini göstərir”.
“Forbes”in yazdığına görə, Putinin “Patriot”ları sıradan çıxarmaq səyləri yalnız təbliğat məqsədləri üçün istifadə edilə bilər.
M.Vahidli