ABŞ Ukraynada "Patriot"un necə zədələndiyini araşdırır - CNN


ABŞ istehsalı olan "Patriot" raketdən müdafiə sistemi, mayın 16-da səhər saatlarında Rusiyanın Kiyevə və onun ətrafına raket hücumu nəticəsində zədələnib, lakin məhv olmayıb.


AFN.az xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, ABŞ hələ də dəymiş ziyanın həcmini qiymətləndirir. Bu, ukraynalı işçilər tərəfindən kompleksin tamamilə sökülməsi və ya sadəcə yerində təmir olunmasının lazım olduğunu müəyyən etməyə imkan verəcək.

Rusiya Müdafiə Nazirliyi isə məlumat yayıb ki, ABŞ istehsalı olan "Patriot" zenit-raket kompleksi Kiyev şəhərində "Kinjhal" hipersəs raket kompleksi tərəfindən yüksək dəqiqlikli zərbə ilə vurulub.

Ukrayna rəsmiləri çərşənbə axşamı Moskvanın atdığı altı hipersəs raketinin hamısını uğurla ələ keçirdiklərini bildiriblər, lakin Ukrayna Silahlı Qüvvələri rusların "Patriot" SAM-ın vurulması ilə bağlı iddiasını şərh etməkdən imtina ediblər.

Qeyd edək ki, hazırda Ukraynada iki "Patriot" kompleksi fəaliyyət göstərir ki, onlardan biri ABŞ, digəri isə Almaniya və Hollandiya tərəfindən Kiyevə hədiyyə edilib. Bu komplekslərdən hansının zədələndiyi məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu