Rusiya Ukraynanı Engels aerodromundakı partlayışlarda ittiham edib
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynanı Engels aerodromunda partlayışlarda ittiham edib.
AFN.az xəbər verir ki, baş verən partlayışlar nəticəsində 3 rus əsgəri həlak olub. Rusiya Federasiyasının Müdafiə Nazirliyi baş verənlərə görə Ukraynanı günahlandırıb. Rusiya MN iddia edir ki, Ukraynaya məxsus olduğu iddia edilən pilotsuz təyyarə hərbi aerodrom ərazisində vurulub. "Dekabrın 26-sı Moskva vaxtı ilə saat 01:35 radələrində Rusiya Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus pilotsuz uçuş aparatını Saratov vilayətindəki Engels hərbi aerodromuna yaxınlaşarkən alçaq hündürlükdə vurub. Ölənlər və yaralananlar var" - deyə bəyanatda bildirilir.