ABŞ Kreml rəhbərinin “başını kəsmək” istəyir- LAVROVDAN AÇIQLAMA


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtondan onlara təhlükə olduğunu iddia edərək şok açıqlama verib. AFN .azın məlumatına görə, Lavrov “Rusiya prezidentinin aradan götürülməsi təhlükəsindən danışırıq”-deyib.


Lavrov Ukrayna hakimiyyətinə də xəbərdarlıq edib.
Rusiya XİN rəhbəri bildirib ki, ABŞ Müdafiə Nazirliyinin nümayəndələri Kremli “baş kəsmək zərbəsi”ilə hədələyirlər.
Lavrov TASS agentliyinə müsahibəsində Abş-ın V.Putini öldürmək istədiyini deyib: "Vaşinqton çox uzağa getdi. Orada Pentaqonun bəzi adları açıqlanmayan rəsmiləri həqiqətən də Kremli "baş kəsmə zərbəsi" ilə hədələdilər. Əslində, söhbət dövlət başçısının fiziki olaraq məhv edilməsi təhlükəsindən gedir",-Lavrov deyib.

"Əgər bu cür fikirlər, həqiqətən kimsə tərəfindən yaranıbsa, onlar bu cür planların mümkün nəticələri barədə çox diqqətlə düşünməlidirlər",-deyə XİN rəhbəri əlavə edib.
Rusiya mediasının yazdığına görə, xarici işlər naziri sensasion bu açıqlamanı verərkən sentyabrın sonlarında “Newsweek” jurnalında dərc olunmuş məqaləyə istinad edib. Həmin məqalədə hərbi mənbələrə istinadən, ABŞ-ın Rusiyanın nüvə silahından istifadə etməsinə cavab variantlarından biri kimi Kremlə “baş kəsmə zərbəsi”ni nəzərdən keçirdiyi bildirilib. Bayden administrasiyası dəfələrlə bəyan edib ki, ABŞ Putinin hərəkətlərinə qarşı çıxmasına baxmayaraq, onu devirmək niyyətində deyil.

M.Vahidli
AFN.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu