Kremldən Ermənistan Təhlükəsizlik Şurasının katibinə sərt cavab: "Təxribat sayıla bilər"


“Bu bəyanat həqiqətə uyğun olmayan təxribat sayıla bilər”.


AFN.az news.am-a istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatını şərh edərkən belə deyib. Peskov vurğulayıb ki, Armen Qriqoryanın fikirləri həqiqətə uyğun deyil. “Rusiyanın rəsmi şəxslərindən heç kim heç bir vasitə ilə Ermənistan tərəfə bu barədə bir söz deməyib” - deyə o bildirib.

Qeyd edək ki, A.Qriqoryan bildirib ki, Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə və yaranmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu