Ermənistan Rusiya ilə ittifaqdan imtina etdi


Ermənistan İttifaq dövlətinə daxil olmaq məsələsini nəzərdən keçirmir.


AFN.az-ın məlumatına görə, Ermənistan Təhlükəsilik Şurasının katibi Armen Qriqoryan Belarusun İrəvandakı səfiri Aleksandr Konyukun ermənilərin İttifaq dövlətinin inkişafında maraqlı olması barədə bəyanatını İctimai Televiziyaya şərh edərkən belə deyib.
“Konstitusiya ilə Ermənistan özünü suveren dövlət elan edib. Ermənistan bundan sonra da suveren dövlət olaraq qalacaq. Bizim missiyamız həm də suveren dövləti qorumaqdır”, - Qriqoryan bildirib.
Onun fikrincə, İttifaq dövləti suverenliyi tamamilə pozur, bütün problem məhz bundadır.“Ermənistanda gedən demokratik proseslər birmənalı olaraq bunun mümkünlüyünü (İttifaq dövlətinə daxil olmağı), hətta bu məsələnin müzakirəsi imkanlarını belə məhdudlaşdırır”.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu