Manatla bağlı yeni XƏBƏR: BAHALAŞACAQ?


Mərkəzi Bankın ən son statistikasına görə, 2022-ci ilin arxada qalan dövrü ərzində Azərbaycan manatının qeyri-neft çəkili nominal effektiv məzənnəsi 13,6%, real effektiv məzənnəsi 6,5% bahalanıb.


AFN.az xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev qeyd olunan statistika ilə bağlı şərh verib. Ekspertin sözlərinə görə, idxaldan yüksək asılılığı olan ölkə üçün bu, idxal inflyasiyasının təzyiqini xəfiflədən, amma qeyri-neft ixracını çeşidləndirmək istəyən ölkə üçün beynəlxalq bazarlarda rəqabət qabiliyyətinə neqativ təsir göstərən amildir: "Manatın qeyri-neft çəkili effektiv məzənnəsinin formalaşmasında həlledici rolu ölkənin qeyri-neft xarici ticarətinin təxminən 70%-ni formalaşdıran 7 əsas valyuta oynayıb: lirə, rubl, lari, təngə, avro, yuan və isveçrə frankı. Azərbaycan manatı onlardan 5-nə münasibətdə nominal olaraq bahalanıb, 2-nə münasibətdə ucuzlaşıb. Ucuzlaşma gürcü larisinə (14,4%) və rus rubluna (22%) münasibətdə olub.
Digər valyutalara nəzərən bahalanma belə olub: türk lirəsi - 31,6%, qazax təngəsi - 8%, avroya - 8,3%, İsveçrə frankı- 3%, Çin yuanı 11%.
Real effektiv məzənnə indeksinə təsir göstərən 2-ci mühüm amil olan inflyasiyaya gəldikdə, 11 ayın yekunlarına görə 7 ölkədən yalnız 2-də illik inflyasiya Azərbaycandan (13,8%) yüksək olub: Qazaxıstanda 20%, Türkiyədə 84%. Digər ölkələrdən Çində 2,5%, Gürcüstanda 10,5%, avro məkanda 10,7%, Rusiyada 11%, İsveçrədə 11,5%".
R.Ağayev qeyd edib ki, Azərbaycanla xarici ticarətdə ən yüksək paya malik 2 ölkədən biri kimi Türkiyədə inflyasinın həddən artıq yüksək səviyyəsi manatın real effektiv bahalanma səviyyəsinə nisbətən azaldıcı təsir göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu