Qondarma rejimin nümayəndəsi: "İran Qarabağda döyüşəcək"


"Qarşıda böyük müharibə gözlənilir, İran deyir ki, siz döyüşməyəcəksiniz, mən döyüşəcəm”.


AFN.az-ın məlumatına görə, Qarabağdakı qanunsuz hərbi birləşmənin keçmiş komandiri, qondarma rejimin sabiq "müdafiə naziri" Samvel Babayan belə deyib. "Gələcəkdə Rusiya-Ermənistan-İran strateji oxu formalaşmalıdır ki, Türkiyə və Azərbaycan regionda İrana qarşı müharibəyə başlamasın! Əgər buna hazır olmasaq, o müharibədə həlak olacağıq".
Samvel Babayanın sözlərinə görə, Ukraynadakı savaşa görə Rusiya indi zəifləyib, Azərbaycan və Türkiyəyə qarşı kəskin tədbirlər görmək istəmir və ya sadəcə olaraq hərəkətə keçə bilmir. "Ermənistan heç nəyə hazır deyil və yalnız Rusiyaya tabedir"-deyən Babayan əlavə edib ki, belə vəziyyətdə Rusiya Qarabağı bacardığı qədər erməni faktoru olmadan saxlayacaq.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu