İlham Əliyevdən Dövlət Neft Fondunun büdcəsi ilə bağlı FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında fərman imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Fərman Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə imzalanıb.
Sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin gəlirləri 8 milyard 990 milyon 947 min 200 manat, xərcləri isə 11 milyard 392 milyon 336 min 500 manat məbləğində təsdiq edilib.