DYP dəhşətli qəza ilə bağlı açıqlama yaydı


Baş DYP İdarəsi​ bu gün səhər saatlarında Bakı-Qazax yolunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.


Baş DYP İdarəsindən verilən məlumata görə, bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.

İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaq daşıyan avtomobildir. Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib.

Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər dünyasını dəyişib.

DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər. Hadisə barədə ətraflı məlumat veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu