Dünya Bankı dəyişdirilir


Dünya Bankı iqlim dəyişikliyi və digər böhranları həll etmək üçün daha çox maliyyə vəsaiti axtarır.


AFN.az-ın məlumatın görə, buna səbəb Dünya Bankının iqlim dəyişikliyi və digər qlobal böhranları həll etmək üçün kredit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilməməsi olub.
Bank aprel iclasından əvvəl səhmdarlarla təkliflərlə bağlı, o cümlədən kapitalın artırılması və yeni kreditləşdirmə alətləri üzrə danışıqlar aparacaq.
Səhmdar hökumətlərə göndərilən "yol xəritəsi" bankın missiyasını və maliyyə qaynaqlarını dəyişdirməyi, İkinci Dünya Müharibəsinin sonunda yaradılandan bəri istifadə edilən ölkə və layihəyə xas kreditləşdirmə modelindən uzaqlaşdırmaq üçün danışıqlar prosesinin başlanmasını nəzərdə tutur.
Sənədə əsasən, Dünya Bankının rəhbərliyi oktyabr ayında Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İnkişaf Komitəsi tərəfindən birgə təsdiq olunmaq üçün missiyasını, əməliyyat modelini və maliyyə imkanlarını dəyişdirmək məqsədilə xüsusi təkliflər hazırlamalıdır. Dünya Bankının sözüçüsü bildirib ki, sənədin məqsədi səhmdarlara təkamülün əhatə dairəsi, yanaşması və qrafiki, mütəmadi yeniliklər və il ərzində qəbul edilən qərarlar haqqında ətraflı məlumat verməkdir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu