Bakıda uşaq sığınacağında QARŞIDURMA: Polisə hücum etdilər


Azərbaycan Uşaqlar Birliyinin sığınacağında insident yaşanıb.


AFN.az xəbərverir ki, bunu birliyin sədri Kəmalə Ağazadə özünü sosial şəbəkə hesabında bildirib. "Yeni ilin ilk günlərində ilk təhlükəmizi çox ağır atlatdıq. Bu dəfə ziyanı Bakı şəhər Baş Polis İdarəsi 4 cü bölmənin əməkdaşları yaşadı" - deyən K.Ağazadə bildirib ki, 3 həftə öncə uşaqlar nənə tərəfindən sığınacağa yerləşdirilib: "Səbəb onların həyati təhlükəsinin olması idi. Qəbul etdik və aidiyyatı qurumlara məlumat verildi. Sosial Xidmətlər Agentliyi tərəfindən ananın şəraitinə baxış keçirildi və uşaqların bir müddət sığınacaqda reabilitasiya keçməsini məqsədə uyğun hesab edildi. Ata uşaqların vəziyyətini öyrəndikdən sonra ərizə ilə məhkəməyə müraciət edərək uşaqların ona verilməsi ilə bağlı iddiaı qaldırıb.
Bu gün isə nənə gəlib ki, qızım məni evimi yandırmaqla hədələyib, axşama kimi uşaqları qaytarmalıyam, verin uşaqları aparım. Əlbəttə ki, biz prosedur qaydalarını izah etdik. Bildirdik ki, iş günü olmadığından biz Sosial Xidmətlər Agentliyinin, eləcə də Sabunçu rayon İcra Hakimiyyəti yanında komissiyanın nümayəndələrini dəvət edə bilmərik. 2 gündən sonra onların iştirakı ilə uşaqların verilib-verilməməsi barədə qərar olacaq. Uşaqların nənəsi bizə fiziki müqavimətlər göstərdiyindən dərhal 102 xidmətinə müraciət etdik, sığınacaqda digər sakinlərə də təhlükənin yaranacağını bildirdik. Bu arada uşaqların anası da gəlib çıxdı və onun tərəfindən daha böyük münaqişə yaradıldı.

4-cü bölmənin əməkdaşları 1 saat söhbət aparmaqlarına baxmayaraq, bu dəfə polisə hücum olundu və dövlət əmlakına xətər yetirildi, maşının şüşələri qırıldı, polis əməkdaşlarına fiziki xəsarətlər yetirildi".

K.Ağazadənin sözlərinə görə, hazırda həm ana, həm də nənə 4-cü bölməyə aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu