Bakıda sığınacağda qızılcaya yoluxan uşaqların son durumu açıqlanıb


Azərbaycan Uşaqlar Birliyinin Bakıda yerləşən sığınacağında qızılcaya yoluxan uşaqların hazırda səhhəti yaxşıdır.


Bunu "Report"a açıqlamasında Birliyin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, xəstəxanaya yerləşdirilən uşaqlardan bir neçəsi sabah, qalanları isə sağaldıqca sığınacağa buraxılacaqlar.

Xatırladaq ki, Azərbaycan Uşaqlar Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxmuş, uşaqlardan 20-si xəstəxanaya yerləşdirilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu