Ömrümüzü uzatmaq üçün bunu mütləq etməliyik - VİDEO


Maye istehlakı ömrü 15 il uzadır. Bir şərtlə ki, gündəlik lazım olan miqdarda qəbul edilsin.


AFN.az-ın xəbərinə görə, ABŞ Milli Sağlamlıq İnstitutunun araşdırması göstərib ki, gündə müəyyən miqdarda su istehlakı ömrü uzadır və qocalmanı ləngidir. Araşdırmada çoxlu su içməyin 30 yaşdan yuxarı qocalmanı yavaşlatdığı, daha az su istehlak edən fərdlərdə xroniki xəstəlik riskinin yüzdə 64 daha yüksək olduğu ortaya çıxıb. Tədqiqatçı Nataliya Dmitriyeva bildirib ki, yaşı 30-dan yuxarı olan 11 mindən çox insanın qan dəyərləri araşdırılıb. Məlum olub ki, daha az su içənlər daha erkən ölürlər.
Araşdırma nəticəsində o da aydın olub ki, müntəzəm və çox su istehlak edən fərdlərin ömrü 15 ilə qədər uzana bilər. Qadınların gündə 9 stəkan, kişilərin isə 12,5 stəkan su içməsi tövsiyə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu