Netflix bu serialı yeni mövsümdə yayımlamaqdan imtina edib
Yayım platforması Netflix "1899" serialını yeni mövsüm üçün yayımlamaqdan imtina edib.
AFN.az xəbər verir ki, bu barədə serialın yaradıcıları Baran Bo Odar və Jantje Friese İnstaqramda məlumat veriblər.
Müəlliflər serialı üçüncü sezonda bitirməyi planlaşdırsalar da, Netflix birinci sezondan sonra yayımı dayandırmaq qərarına gəlib. Bu qərarın səbəbləri açıqlanmır.
Serialın yaradıcı heyəti pərəstişkarlarından üzr istəyib. “Bilirik ki, bu, milyonlarla azarkeşimizi məyus edəcək, lakin bu gözəl macəranın bir hissəsi olduqları üçün onlara ürəkdən təşəkkür etmək istəyirik. Sizi sevirik, bunu unutmayın”, - deyə yaradıcı heyətin açıqlamasında bildirilir.
Bundan əvvəl Braziliyanın San-Paulu şəhərindən olan yazıçı Meri Kanin Netflix-i müəllif hüquqlarını pozmaqda ittiham etmişdi. Onun sözlərinə görə, "1899" onun 2016-cı ildə yazdığı Qara Sükut qrafika romanına bənzəyir. O qeyd edib ki, serial onun əsərində təsvir olunan piramidaların mövzusunu qaldırır. Kanin həmçinin platformanı kitabındakı bəzi detallardan, o cümlədən personajların ölümü ilə bağlı epizodlardan istifadə etməkdə günahlandırıb.