100 milyon dollar qazandıqları sənədli serialın treyleri yayımlandı - Video


“Netflix” striminq servisi britaniyalı şahzadə Harri və həyat yoldaşı Meqan Markl barəsində lentə alınan sənədli serialın rəsmi treylerini yayımlayıb.



“Qafqazinfo” “Page Six” nəşrinə istinadən xəbər verir ki, sənədli film “Netflix”də dekabrın 8-i yayımlanacaq.

Məlumata görə, serialda cütlüyün ailə həyatı ilə bağlı xoş anlarla yanaşı, kral ailəsində keçirdikləri çətin dövrlərə də toxunulub.

Bildirilir ki, “Harry & Meghan” adlı sənədli serialın daha əvvəl yayımlanması planlaşdırılırdı. Lakin Britaniya kraliçası II Elizabetin sentyabrda dünyasını dəyişməsindən sonra serialın premyerasının vaxtı qeyri-müəyyən müddətə təxirə salınıb.

Mediada yayılan məlumata görə, cütlük sözügedən film üçün 100 milyon dollar əldə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu