Türkiyədə iki hərbçi faciəvi şəkildə həlak oldu


Türkiyədə iki hərbçi yol qəzasında həlak olub.


Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Harun Uğur və Halil Sultan Konyada avtomobil qəzasında dünyalarını dəyişiblər. Hadisə zamanı daha iki hərbçi xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.

"Bizi dərin ağrı və hüznlə yaşadan bu hadisədə həyatını itirən şəhidlərimizə Allah rəhmət eləsin. Onların kədərli ailələrinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr, yaralılarımıza isə şəfa diləyirik" - deyə nazirliyin açıqlamasında bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu