Spirtli içkilərin satışından vergi ləğv edilir


Dubayda biznes və turizmi inkişaf etdirmək üçün spirtli içkilərin satışından 30% vergi ləğv edilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, 2023-cü ilin əvvəlindən BƏƏ-də biznesin və turizmin inkişafını stimullaşdırmaq üçün alkoqolun 30%-lik vergisi ləğv edilib. Həmçinin, ölkə rəhbərliyi əvvəllər Dubayın qeyri-müsəlman sakinlərindən alınan spirtli içkilərə lisenziyanın alınması üçün rüsumu ləğv ediblər. Dəyişikliklər bir il müddətinə qəbul edilib.

Eyni zamanda, yerli KİV-in məlumatına görə, spirtli içkilərin satışına yenə də 5% ƏDV tutulacaq.

Alkoqol distribütorları "Maritime", "Mercantile International" və "African & Eastern" yaxın gələcəkdə tədarük olunan məhsulların qiymətini aşağı salacaqlarına söz veriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu