Danimarka yeniyetmələrə spirtli içkilərin satışı qaydalarını sərtləşdirir


Danimarka hakimiyyəti spirtli içkilərin satışı ilə bağlı qaydaları sərtləşdirir.


Bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, əvvəllər 16 və 17 yaşlı yeniyetmələr 16,4%-ə qədər spirt olan içkiləri pərakəndə satışda ala bilirdilər. İndi bu hədd 6%-ə endirilib. Bundan əlavə, bir qutu nikotin kisəsi - snus bir qutu siqaretin qiymətinə - 8,62 dollara bərabər olacaq.

“Uşaqların və gənclərin tütün, nikotin və alkoqoldan istifadəsi narahatlıq doğurur, satış üçün açıq yaş məhdudiyyətlərinə baxmayaraq, yetkinlik yaşına çatmayanlar üçün bu məhsulları əldə etmək indi çox asandır. Buna görə də biz bu tendensiyanın qarşısını almaq üçün 30 tədbir daxil olmaqla, yeni profilaktika planına demək olar ki, 0,5 milyard kron (təxminən 72 milyon dollar) sərmayə qoyuruq”, - deyə Krallığın Daxili İşlər və Səhiyyə Naziri Sofi Leudet bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu