Müharibədə məğlub olmuş erməni zabitlərə cinayət işi açılıb
![](/uploads/posts/2023-01/1672905630_ermenistan-mudafie-nazirliyi.jpg)
Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kərəmyan 44 günlük müharibə ilə bağlı zabit və əsgərlərə qarşı açılmış cinayət işindən danışıb.
"Müharibə ilə bağlı cinayət işlərini şərti olaraq iki hissəyə ayırdıq - zabitlərə qarşı işlərə və sıravilərə qarşı işlərə. 70-ə yaxın erməni zabiti ittiham olunur. 17 minə yaxın insan dindirilib". AFN.az-ın məlumatına görə, Kərəmyan Ermənistan İctimai Televiziyasına açıqlamasında belə deyib. Onun sözlərinə görə, ittihamlar müxtəlif istiqamətlər və epizodlar üzrə irəli sürülüb.
“Belə ki, ayrı-ayrı müstəntiq qrupları 10-cu diviziya, 18-ci diviziya, 1-ci ordu korpusu, Şuşanın süqutu epizodu, 7-8 oktyabr əməliyyatı, həmçinin müharibədən əvvəlki vəziyyət, müharibədən əvvəl və müharibə zamanı səfərbərlik və hərbi əməliyyatların təşkili ilə bağlı işlərə də baxır”-deyə Kərəmyan bildirib.
M.Vahidli