İranın Azərbaycandakı səfiri erməni yepiskopla tort yedi
Sosial şəbəkələrdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin erməni kilsəsində yepiskopu ilə birlikdə tort kəsməsinə dair foto yayılıb.
AFN.az xəbər verir ki, fotoda Musəvi erməni rahiblə birgə tort kəsir. Səfirin ermənilərlə səmimiliyi, onlara qardaşcasına münasibəti sosial şəbəkələrdə müzakirəyə çevrilib.
Qeyd edək ki, hazırda Seyid Abbas Musəvi məsləhətləşmələr üçün Tehrandadır. Ancaq foto Musəvinin hazırkı səfərinə aid deyil. Musəvi erməni kilsəsində bayram tədbirinə 3 il öncə qatılıb.
Görüntülərin yayılmasının səbəbi isə İranın və onun səfirinin Ermənistana münasibətini göstərməkdir.
M.Vahidli