Almaniyadan kritik qərar: Covid-19 testi sərnişinlər üçün məcburi olacaq


Almaniya Çində artan koronavirus hadisələri səbəbindən bu ölkədən gələn sərnişinlər üçün Covid-19 test tələbi tətbiq edəcəyini açıqlayıb.


AFN.az xəbər verir ki, Çində yeni növ koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Almaniyanın bu ölkədən gələn sərnişinlər üçün sınaq tələbi tətbiq edəcəyi bildirilib.
Almaniya səhiyyə naziri Karl Lauterbach Berlində verdiyi açıqlamada Çindən Almaniyaya gələn sərnişinlər üçün "ən azı bir sürətli antigen testinə ehtiyac olacağını", qısa müddətdə ölkəyə giriş qaydalarının bu istiqamətdə dəyişdiriləcəyini bildirib. Lauterbach qeyd edib ki, test tələbinə əlavə olaraq, virus variantlarını izləmək üçün Çindən gələn sərnişinlərdən təsadüfi nümunələr götürüləcək və bu ölkədən gələn təyyarələrin tullantı suları da yoxlanılacaq.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ölkələri və Aİ üzvü olmayan Şengen ölkələri dünənki iclasında Çində Covid-19 hallarının artması ilə əlaqədar koordinasiyalı tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər. Yığıncaqda alınan qərarlarda sərnişinlərdən birbaşa Covid-19 testi keçirmələrinin tələb olunmadığı, lakin AB ölkələrinin Çindən gələn bütün sərnişinlərdən uçuşdan 48 saat əvvəl mənfi test tələb etməsinin "güclü şəkildə təşviq ediləcəyi" bildirilib.
Çin keçən ayın əvvəlində Covid-19 tədbirlərini yumşaltdıqdan sonra ölkədə artan hallardan və kütləvi yayılmadan narahat olan bir çox ölkə Çindən gələn səyahətçilər üçün tədbirlər görəcəklərini açıqladı.
İtaliya, İspaniya, Fransa kimi Aİ ölkələri ilə yanaşı, ABŞ, Hindistan, Yaponiya, Malayziya, İngiltərə, Avstraliya və Kanada kimi bir çox ölkələr Çindən və onların bölgələrindən səyahət edən sərnişinlər üçün test tətbiqi və səhiyyəsi ilə bağlı monitorinq üçün tədbirlər elan ediblər.
Aİ Komissiyası eyni tədbirlərin İttifaq daxilində koordinasiyalı şəkildə həyata keçirilməsini istədi və Aİ ölkələrinin əksəriyyəti bu fikirlə razılaşıb.

Leyla



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu