Çin xaricdən gələnlərdən COVID-19 test nəticələrini tələb etməyəcək


Avqustun 30-dan etibarən Çin xaricdən gələn sərnişinlər üçün COVID-19 test nəticələrini bildirmək öhdəliyini aradan qaldırır.


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin Pekində keçirilən mətbuat konfransında bildirib ki, bundan sonra sərnişinlərdən səyahətdən əvvəl antigen testinin nəticəsini bildirmələri tələb olunmayacaq.

Beləliklə, COVID-19 epidemiyası ilə əlaqədar həyata keçirilən son səyahət tədbiri ləğv ediləcək.

Yanvarın 8-də Çin COVID-19-un "A kateqoriyalı epidemiya" kimi müalicəsini dayandırıb, Sərhəd Sağlamlığı və Karantin Aktı çərçivəsində tətbiq edilən səyahət məhdudiyyətlərini ləğv edib və sərhədlərini yenidən açıb.

Ölkəyə giriş zamanı məcburi karantin tətbiqi başa çatsa da, uçuşa 48 saat qalmış aparılan PCR testinin mənfi nəticəsini bildirmək öhdəliyi aprelin 29-dək davam edib.

Bu tarixdən etibarən sərnişinlərdən yalnız səyahətə çıxmazdan 48 saat əvvəl antigen testi edərək sağlamlıq vəziyyətlərini yoxlamaq və test nəticələrini ölkəyə daxil olarkən doldurduqları sağlamlıq bəyannaməsində bildirmələri tələb edilib, lakin aviaşirkətlər yoxlama etməyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu