Rusiya atəşkəs elan etdi!


Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Milad bayramında atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.


AFN.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin 6 yanvar saat 12:00-dan 7 yanvar saat 00:00-a kimi “bütün təmas xətti boyunca” atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

“Müqəddəs Patriarx Kirillin müraciətini nəzərə alaraq, Rusiya Federasiyasının müdafiə nazirinə 6 yanvar saat 12:00-dan 7 yanvar saat 00:00-dək Ukraynada tərəflər arasında bütün təmas xətti boyunca atəşkəs rejimini tətbiq etməyi tapşırıram" - deyə Kremlin mətbuat xidmətinin Putinə istinadən xəbərində bildirilir.

Eyni zamanda, Putin Ukraynanı da Milad bayramına görə atəşkəs rejimini tətbiq etməyə çağırıb.

“Döyüş bölgələrində pravoslavlığı qəbul edən çoxlu sayda vətəndaşın yaşadığını əsas götürərək, biz Ukrayna tərəfini atəşkəs elan etməyə və onlara Milad ərəfəsində, eləcə də Milad bayramında ibadətlərdə iştirak etmək imkanı verməyə çağırırıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu