Keçmiş Baş naziri avtomobil vurub öldürdü


Dağıstan Respublikasının keçmiş Baş naziri Maqomed Abdullayevi Mahaçqalada maşın vuraraq öldürüb.


AFN.az “İnterfaks”a istinadən xəbər verir ki, 61 yaşlı Maqomed Abdullayev yol keçərkən “VAZ-21214” markalı avtomobil onu vurub.

Xəstəxanaya çatdırılan sabiq Baş nazirin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.Abdullayev 2010-cu ilin fevralından 2013-cü ilin yanvarına qədər Dağıstanın Nazirlər Kabinetinə rəhbərlik edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu