Dünyanın ən yaxşı idmançısı kimdir?
Fransanın “L'Équipe” nəşri 2022-ci il üçün dünyanın ən yaxşı idmançısını seçmək üçün sorğu keçirib.
AFN.az xəbər verir ki, sorğunun qalibi Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi olub.
Leo 808 səs toplayaraq, bu ada layiq görülüb. İkinci pillədə onun PSJ-dəki komanda yoldaşı Kilian Mbappe qərarlaşıb (381 səs). Respondentlərin 285 səsini toplayan ispaniyalı tennisçi Rafael Nadal üçüncü yeri tutub.