"Laureus World Sport Awards" ilin ən yaxşı idmançısı mükafatına namizədlərin adlarını açıqlayıb


Argentinalı futbolçu Lionel Messi, serb tennisçi Novak Cokoviç və hollandiyalı Formula 1 üzrə dünya çempionu Maks Verstappen "Laureus World Sports Academy" tərəfindən ilin ən yaxşı idmançısı mükafatına namizədlər arasında olub.



Bu barədə fevralın 26-da Laureus saytında məlumat verilib.

“İlin idmançısı” kateqoriyasında həmçinin “Mançester Siti” futbol klubunun norveçli hücumçusu Erlinq Haaland, dayaqla tullanma üzrə olimpiya çempionu isveçli Armand Duplantis və altıqat dünya çempionu amerikalı qaçışçı Noa Laylz namizədlər arasındadır.

"İlin qadın idmançısı" mükafatına namizədlər arasında ispaniyalı futbolçu Aitana Bonmati, polşalı tennisçi İqa Svyatek, dağ xizək idmanı üzrə ikiqat olimpiya çempionu amerikalı Mikaela Şiffrin, həmçinin Yamaykalı idmançı Şerika Cekson, Keniyadan Faith Kipyeqon və ABŞ-dan Şa'Karri Riçardson da var.

Keçən il Messi İlin İdmançısı adı uğrunda mübarizədə Paris Saint-Germain komanda yoldaşı Kilian Mbappeni məğlub etmişdi. Mükafat uğrunda ikiqat Formula 1 çempionu, holland Maks Ferstappen və ispan tennisçi Rafael Nadal da mübarizə aparırdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu