Messi "Barselona"ya qayıtmaq istəyir


Argentinalı futbolçu Lionel Messi "Barselona"ya qayıtmaq istəyir.


AFN.az xəbər verir ki, bu barədə futbolçunun atası Xorxe Messi deyib.

“Messi Barselonaya qayıtmaq istəyir. Bu bir seçimdir" deyə futbolçunun atası ​​bildirib.

Xatırladaq ki, Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. O, İspaniya klubunun tərkibində 10 dəfə ölkə çempionu olub, 4 dəfə Çempionlar Liqasının qalibi olub.

İyunun 3-də Fransanın Paris Saint-Germain (PSJ) klubu Messinin 2022/23 mövsümünün sonunda komandadan ayrılacağını açıqlayıb. 35 yaşlı futbolçu 2021-ci ilin yayında PSJ ilə müqavilə imzalayıb və iki dəfə Fransa çempionu olub.

Qeyd edək ki, bundan əvvəl, mayın 29-da Messinin atasının Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan oğluna 1,2 milyard avroluq təklifi qəbul etdiyi bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu