PSJ Messinin ayrıldığını açıqladı


Fransa nəhəngi Paris Saint-Germain argentinalı ulduz futbolçu Lionel Messinin komandadan ayrıldığını açıqlayıb.


AFN.az xəbər verir ki, Fransa təmsilçisi sosial media hesabı vasitəsilə Messi ilə vidalaşıb.

İki il əvvəl "Barselona"dan heyətə qoşulan 36 yaşlı Messi PSJ karyerasında 74 rəsmi matçda 32 qol vurub və 35 məhsuldar ötürmə edib.

Argentinalı ulduzun “Barselona”ya qayıtmaq istədiyi bildirilsə də, Kataloniya komandasının maddi sıxıntıları səbəbindən futbolçunun keçmiş komandasına keçidi çətin görünür. Bir müddət əvvəl Səudiyyə Ərəbistanı təmsilçisi Əl-Hilalın Lionel Messiyə 2 il üçün 1.2 milyard avro təklif etdiyi iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu