Messinin PSJ macərası sona çatdı


Fransa Liqa 1 komandalarından olan Paris Saint-Germain-in baş məşqçisi Kristofer Qaltye argentinalı ulduzun komandadan ayrıldığını rəsmən açıqlayıb.


Fransa Liqasında çempionluğun dadını çıxaran Paris Saint-Germain-də şok ayrılıq yaşanıb. Paris təmsilçisində çıxış edən və "dünyanın ən yaxşı futbolçusu" kimi xarakterizə edilən Lionel Messi komandanı tərk edib.

Fransa təmsilçisinin çalışdırıcısı Kristofer Qaltye 35 yaşlı ulduzun komandadan ayrılacağını açıqlayıb. Təcrübəli məşqçi Messi ilə işləməyin imtiyaz olduğunu qeyd edərək, "Tarixin ən yaxşı futbolçusunu çalışdırmaq şərəfinə nail oldum. Sabah Messinin Parc des Princes-də son oyunu olacaq" deyib.

PSJ liqanın son həftəsində sabah "Klermont"la qarşılaşacaq. Argentinalı superulduz sabahkı görüşdə sonuncu dəfə Paris komandasının formasını geyinəcək.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu