Messinin Səudiyyə Ərəbistanı paylaşımı iddiaları qızışdırdı


Mövsümün sonunda Paris Saint-Germain-dən ayrılacağı gözlənilən Lionel Messinin sosial şəbəkədəki paylaşımı Ərəbistana transfer iddialarını qızışdırıb.


AFN.az xəbər verir ki, Paris Saint Germain və Argentina Milli Komandasının ulduzu Lionel Messi sosial media hesabları ilə gündəmdə olmağa davam edir.

35 yaşlı futbolçu PSJ-nin liqada “Loryen”ə uduzaraq böyük böhran yaşamasından sonra klubdan icazə almadan Səudiyyə Ərəbistanına gedib. Bu səfərdən sonra Messi ilə Fransa komandasının tərəfdarları arasında gərginlik daha da artıb. Argentinalı ulduz bu səfərdən sonra heyətdən kənarlaşdırılsa da, sonradan əfv olunub və Paris komandasının ötən həftə liqada oynadığı Ajaccio matçında forma geyinib.

Paytaxt təmsilçisi 'böhran həll olundu' şərhini edərkən, Messi yenə Səudiyyə Ərəbistanından paylaşım edib. Paylaşımında "Səudiyyə Ərəbistanının doğulduğu və 300 illik tarixə ev sahibliyi edən Diriyahı ailəmlə birlikdə kəşf edərək gözəl bir gün keçirdim" yazıb.

Digər tərəfdən La Liqada çempionluğa yüksələn Barselonada bütün gözlər Lionel Messidədir. Kataloniya komandasında prezident Joan Laporta və məşqçi Xavi Hernandes hər fürsətdə argentinalı ulduzun qayıtmasını istədiklərini bildirirlər.

Laporta Messinin transferi ilə bağlı suala, "Parisdə bəzi xoşagəlməz hadisələr oldu, amma hələlik onu narahat etməyəcəm. Son zamanlar bəzi mesajlarımız olub. Bura Messinin evidir, Səudiyyə Ərəbistanı və ya başqa ölkələrlə Messi üçün mübarizə apara bilərik. Messini Barselonaya gətirmək üçün əlimizdən gələni edəcəyik" deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu