Rusiyanın “Sputnik” xəbər agentliyinin baş redaktoru Latviyada həbs edilib
Latviya Rusiyanın “Sputnik” xəbər agentliyinin Litva bölməsinin baş redaktorunu həbs edib. Vəkili açıqlamasında bildirib ki, Marat Kasem məhkəmənin qərarı ilə həbs edilib.
AFN.az xəbər verir ki, Jurnalist Avropa İttifaqının sanksiyalarını pozmaqda və casusluqda ittiham olunur. Məlumata görə, Kasemin vəkili İmma Jansone hələ iş materialları ilə tanış olmayıb. Jansone məhkəmədən jurnalistin zaminə buraxılmasını istəyib, lakin hakim jurnalistin həbsdə qalmasına qərar verib. “Trthaber”in məlumatına görə, Kasem Riqanın mərkəzi həbsxanasına köçürülüb.
Qeyd edək ki, Kasem Latviya vətəndaşıdır, lakin bir neçə ildir Moskvada yaşayır və “Sputnik Litva”nın da üzvü olduğu "Rossiya Seqodnya" media qrupunda işləyir. Onun rusiyalı milyarder olduğu güman edilir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu addımı Latviyanın ifadə azadlığına dair beynəlxalq öhdəliklərinin pozulması kimi qiymətləndirib və Moskvanın Kasemin həbsində beynəlxalq təşkilatlardan kömək istəyəcəyini bildirib.
Leyla