Azərbaycanda 5 faydalı qazıntı yatağı hərraca çıxarılır


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən fevralın 15-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.


Agentlikdən AFN.az-a verilən məlumata görə, hərracda 3 lot üzrə Xızıda yerləşən “Şurabad” qum yatağı, Balakəndə 1 lot üzrə “Göyəmtala” gil yatağı, Qazaxda hər biri 3 lot üzrə “Aşağı Salahlı” gil və “Daş Salahlı-III” sement xammalı yataqları, Ağstafada 2 lot üzrə “Acıdərə” vulkan külü yatağı satışa çıxarılacaq.

Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu