ŞOK! Hadisənin Rza Zərrabla sevgili olduğunu dedi, görün kimi şahid göstərdi - QALMAQAL


Məhkəmədə Rza Zərrabla gizli eşq yaşadığını iddia etdiyi Hadisənin şikayəti ilə bağlı açıqlama verən Seren Serengil bu gün aparıcılıq etdiyi proqramda mövzu ilə bağlı danışıb.


AFN.az xəbər verir ki, "Ebru Gündeşdən soruşmadan onu şahid kimi yazdım, indi hər kəs hər şeyi deyə bilər" - deyən Seren Serengil Hadisə ilə Ebru Gündeşin keçmiş həyat yoldaşı Rza Zərrabın bir müddət gizli eşq yaşadığını iddia edib. Bundan qəzəblənən Hadisə Serengil haqqında İstanbul Respublika Baş Prokurorluğuna şikayət edərək, cinayət işi qaldırtdırıb.

Şikayətdən sonra Seren Serengil dünən İstanbul Ədliyyə Sarayına gedərək ifadə verib. Prosesdən çıxan Serengil “Hadisə cinayət işi açdı. Şahidlərimizin adlarını verdik” - deyə bildirib.

Jurnalistlər Hadisənin nədən şikayətçi olduğunu soruşduqda Seren Serengil, “O, Rza Zərrabla gizli eşq yaşadığını dediyimiz üçün cinayət işi açdırdı. Şahid qismində Rza Zərrabın keçmiş vəkili, Ebru Gündeşin vəkili və Ebru Gündeşin özünü də göstərdik”.

Seren Serengil bu gün aparıcılıq etdiyi proqramda məsələ ilə bağlı bunları deyib: "Biz efirdə böhtan atmamışıq, mesajların arxasındayıq. Rza Zərrabın vəkilinə zəng etdim və mesajların ona aid olduğu təsdiqini aldım. Mesajların düzgün olduğunu öyrəndim. Biz heç vaxt kiməsə böhtan atmamışıq. Belə bir şey ola bilməz. Keçən il bu mesajları gördüm, amma açıqlamadım. Mənə saxta hesabdan gəldi, həmən dəqiqə vəkilə zəng edib soruşdum. Bu il də əlaqəli olduğu iddia edilən mesajlar gündəmə gəlib. Mən də danışıram, çünki qəzetlər və digər saytlar bu mesajları dərc edir. Dünən məhkəməyə gedəndə şahid qismində Ebru Gündeşi yazdım. Onun icazəsi olmadan bunu etdiyim üçün üzr istəyirəm. Amma üzərimə çamur atılmasını qəbul etmirəm. Ebru Gündeş boşanma davasında bu haqda danışıb. İstəyirəm ki, o işdə adı çəkilən məşhur qadının kim olduğunu desin. Mən də Rza Zərrabın keçmiş vəkilinin dinlənilməsini istədim. Kimin yalan danışdığını, yalan danışdığını öyrənəcəyik. 300 mesaj var, mən yazdım? Hadisəyə qarşı diffamasiya iddiası qaldıracağam”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu