Rza Zərrabdan Hadisəyə 14 milyonluq zərbə!
Şəxsi həyatı ilə gündəmdən düşməyən Hadisə dünyaca məşhur içki markasının reklamına çəkilmək şansını itirib.
AFN.az xəbər verir ki, firma Ebru Gündeşin keçmiş həyat yoldaşı Rza Zərrab ilə əlaqəsi olduğu haqda söz-söhbətə görə Hadisə ilə razılaşmanı rədd edib.
Nəticədə Mehmet Dinçerlərlə cəmi 5 ay davam edən evliliyi və Ebru Gündeşin keçmiş həyat yoldaşı Rza Zərrabla eşq dedi-qoduları ilə gündəm olan Hadisə bu şansı başqasına verməli olub.
Bu qalmaqallı xəbərlərin Hadisənin karyerasına xələl gətirəcəyi düşünülsə də, pop ifaçısı həm səhnə qonorarını 500 min TL-yə yüksəltdi, həm də bir-birinin ardınca 10 və 12 milyon TL-lik ticarət sövdələşmələri etdi. Türkiyə şirkətlərinin “qızıl yumurta qoyan toyuq” kimi arxasınca getdiyi Hadisə dünyaca məşhur içki markasından eyni reaksiyanı almayıb. Belə ki şirkətin türk rəsmiləri pop ifaçısı üçün 14 milyon TL-lik reklam müqaviləsi bağlasa da araşdırma nəticəsində ABŞ-dan olan səlahiyyətlilər Hadisənin brendlərinə zərər verəcəyini düşündükləri üçün müqaviləni təsdiqləməyiblər.
Məşhur pop ifaçısının yerinə Demet Özdemir və Oğuz Koç, Ebru Şahin və Cedi Osmanın namizədliyi düşünülür.