NATO və Aİ birgə əməkdaşlıq bəyannaməsi imzalayacaq
Yanvarın 10-da NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen üçüncü birgə əməkdaşlıq bəyannaməsini imzalayacaqlar.
"Report" xəbər verir ki, bu barədə alyansın saytındakı press-relizdə deyilir.
İmzalanma mərasimi NATO-nun Brüsseldəki mənzil-qərargahında baş tutacaq. Bundan sonra birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Stoltenberq təhlükəsizlik və sabitliyə töhfə verəcək yeni Aİ-NATO bəyannaməsinin imzalanmasının vaxtının çatdığını bildirib. Birgə bəyannamənin 2021-ci ildə imzalanması nəzərdə tutulsa da, sonradan təxirə salınıb.