Lənkəranda "Niva" çaya aşıb, iki nəfər ölüb


Lənkəran rayon sakini İlqar Bayramov idarə etdiyi "Niva" markalı avtomobillə rayonun Əşlə kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb.


Bu barədə AFN.az-a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Ş.Mirzəyev aldıqları xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu