Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib


Yanvarın 9-da saat 18:45 radələrində Nəsimi rayonu Rəşid Behbudov küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


DİN-in mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, sürücü Sabina Hacıyeva idarə etdiyi “Hunday” markalı avtomobillə 50-60 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu