Putin AŞ ilə 1999-cu ildə imzalanmış sazişə xitam verilməsini tələb edir


Rusiya prezidenti Vladimir Putin Avropa Şurasına üzv ölkələrlə imzalanmış Korrupsiyaya qarşı Cinayət Hüququ Sazişinin ləğvi ilə bağlı qanun layihəsini Rusiya parlamentinə təqdim edib.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, Putinin Dumaya təqdim etdiyi qanun layihəsində Rusiya Federasiyası adından hazırlanan və 27 yanvar 1999-cu ildə Strasburqda imzalanmış Korrupsiyaya qarşı Cinayət Hüququ Konvensiyasının ləğv edilməsi tələb olunub.

Qanun layihəsinin əsaslandırmasında qeyd olunub ki, sözügedən layihə Avropa Şurasının Rusiyanın Korrupsiyaya Qarşı Dövlətlər Qrupuna (GRECO) üzvlüyünü ləğv etdiyi üçün hazırlanıb və belə şərtlər Rusiya üçün qəbuledilməzdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu