Mən dedim ki, bizim vətəndaşlar o evlərdə yaşamayacaq - İlham Əliyev Zabuxdan danışdı
Zabux və Sus kəndlərinə köçürülmə bu il başlayacaq.
AFN.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib. "Bu gün öz doğma ocaqlarına ən tez qayıdanlar laçınlılar olacaq" deyən dövlət başçısı bildirib ki, hazırda Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir: "Bu il, baxacağıq nə vaxt, Laçın şəhərinə ilk laçınlıları biz qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə keçmiş köçkünləri qaytaracağıq. Zabux kəndində hansısa varlı erməni tərəfindən evlər tikilib. Mən o evləri müvəqqəti olaraq hərbçilərə vermişəm. Mən dedim ki, bizim vətəndaşlar o evlərdə yaşamayacaq, onlardan biz müvəqqəti olaraq kazarma kimi istifadə edirik. Amma zabuxlular üçün yeni qəsəbə salınır və bu il biz onları ora göndərəcəyik".