Ermənilərin Laçında yandırdıqları evlər kimindir? - VİDEO


"1992-ci il Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilmişdi. İndi ermənilər Zabux kəndində 30 il işğal altında saxladıqları evləri yandırırlar”.



Qaynarinfo xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu evlərin bir qismi işğaldan əvvəl Laçın sakinlərinin, digər qismi isə azərbaycanlıların dağıdılmış evlərinin yerində erməni lobbisinin 2013-cü ildə inşa etdikləridir:

"30 ilə yaxın azərbaycanlı evində qalan erməni ailələri avqustun 25-dək tərk etməli olduqları ərazilərdə evləri yandırıb gedirlər. Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb”.

Vüqar Bayramov Laçın rayonu, o cümlədən Laçın şəhəri və Zabux kəndinin yenidən qurulacağını qeyd edib:

"Çox tezliklə həmin torpaqların əsl sahibləri öz ata-baba yurdlarına qayıdacaqlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu