Ermənilər Laçını, Zabux və Sus kəndlərini tərk edib – Bütün ərazilərdə elektrik və rabitə əlaqəsi kəsilib


Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilərin əksəriyyəti yaşayış məskənlərini tərk edib. Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində bir neçə ailə qalıb. Digərləri Ermənistanın müxtəlif regionlarına göndərilib.


Azpost.info “Kavkazskiy uzel” nəşrinə istinadən bildirir ki, qondarma “Laçın administrasiyası” ermənilərə 20 avqusta qədər yaşadıqları əraziləri tərk etməyi tapşırıb. Bu müddət ərzində köçməyə macal tapmayanlara avqustun 25-nə qədər vaxt verilib.

Məlumata görə, ermənilərin tərk edəcəkləri bütün ərazilərdə elektrik və rabitə əlaqəsi kəsilib.

Özünü “Laçın administrasiyası”nın nümayəndəsi kimi təqdim edən Muşeq Alaverdiyan bildirib ki, Laçın şəhəri avqustun 25-də Azərbaycanın nəzarətinə veriləcək. Zabuxun “meri” Andranik Çauşyan isə Xankəndinə köçüb.

“Hazırda Zbuxda 30 nəfər qalıb. Onlar şeylərinin daşınması ilə məşğuldurlar. Sülhməramlılar dedilər ki, avqustun 25-nə qədər vaxtımız var” -deyə Çauşyan vurğulayıb.

Laçında mağaza işlədən Aida Balikyan qəzetə deyib ki, işğal zamanı Laçında məskunlaşıb. “Ermənistan hakimiyyəti bizə dedi ki, bizi Laçına təcrübə prosesi kimi köçürdürlər. Biz də hökumətə inandıq və bu yerlərə gəldik. Məlum oldu ki, onların vədi yalan imiş”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu