“Azərbaycanın razılığı olmalıdır!” - Kreml Paşinyana cavab verdi
“BMT sülhməramlılarının Qarabağa göndərilməsi mövzusu bir neçə dəfə gündəmə gəlib, lakin istənilən missiyalar yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O əlavə edib ki, bu məsələ müxtəlif səviyyələrdə müzakirə olunur: “İş səviyyəsində, müxtəlif səviyyələrdə daimi təmaslar var. Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Amma aydındır ki, istənilən missiyalar yalnız münaqişə tərəflərinin hər ikisinin razılığı ilə göndərilə bilər”, – Peskov qeyd edib.
Ermənistan Baş naziri Nikol Paşinyan 2025-ci ildə Rusiya sülhməramlılarının mandatı başa çatdıqdan sonra Qarabağa çoxmillətli sülhməramlı missiyanın göndərilməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət edə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, indi İrəvan bunu edə bilməz. Çünki bu, Ermənistanın Rusiyaya qarşı BMT Təhlükəsizlik Şurasına müraciət etməsi anlamına gələcək.