Kremldən təcili açıqlama - Yalnız Azərbaycanın razılığı ilə ola bilər


"Rusiya Ermənistan və Azərbaycanla əlaqələri davam etdirir".



Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsinin sözlərinə görə, istənilən missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər:

"Xeyr, biz hələ burada heç bir konkretlik görmürük. İstənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz öz növbəmizdə həm İrəvan, həm Bakı, həm də Qarabağın erməni sakinləri ilə əlaqələrimizi davam etdiririk".

Qeyd edək ki, sentyabrın 25-də Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın Qarabağdakı vəziyyətə nəzarət edəcək missiya yaradacağını bəyan edib. O əlavə edib ki, belə bir təşəbbüs fəal müzakirə olunur. Metyu Millerin sözlərinə görə, Vaşinqton müttəfiqləri ilə birlikdə bunun üzərində işləyir.//Musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu