Nazarbayev fəxri tituldan məhrum edildi


Qazaxıstan Senatının reqlamentindən “fəxri senator” adı çıxarılıb. İndi belə bir ad yoxdur.


AFN.az-ın məlumatına görə, bu barədə Senatın spikeri Maulen Aşimbayev açıqlama verib.
Qeyd edık ki, Nursultan Nazarbayev üç il əvvəl mart ayında prezidentlikdən istefa verdiyini elan etdikdən sonra “fəxri senator” adını alıb.
İki-üç həftə əvvəl Senatın reqlamentinə müvafiq dəyişikliklər edilib. Sonra əsasnamədən “fəxri senator” adını çıxardıq. İndi bizdə belə bir institut yoxdur. Bu qərarı verməyimizin səbəbi ötən ilin iyununda keçirilən referendumda birinci prezidentin başçılığı ilə bağlı qaydaların Konstitusiyadan çıxarılmasıdır. Bu xalqın qərarıdır. Sabah birinci prezident haqqında qanun ləğv ediləcək. Konstitusiya Məhkəməsinin müvafiq qərarı var. Bunu nəzərə alaraq, biz onu da qaydalardan çıxardıq. Ona görə də burada heç bir sual ola bilməz,- deyə Maulen Aşımbayev bildirib.
Onun sözlərinə görə, Qazaxıstan Senatının tarixində yalnız eks-prezident Nursultan Nazarbayev “fəxri senator” adına malik olub.
Jurnalistin “Deməli, bu titul xüsusi olaraq Nazarbayev üçün verilib?” sualına spiker konkret cavab verməsə də bunun belə olduğunu təsdiqləyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu