“Kalaşnikov” silah istehsalında rekord qazandı


Rusiyanın müdafiə sənayesi şirkəti “Kalaşnikov” 2022-ci ildə son 20 ildə ən yüksək silah istehsalını reallaşdırdığını bildirib.


AFN.az-ın məlumatına görə, “Kalaşnikov” şirkətinin yazılı açıqlamasında belə deyilir.
Müəssisənin silah istehsalını 2021-ci ilə nisbətən ötən il 40 faiz artırdığı qeyd edilir. Şirkətin 2022-ci ildə dövlətin 45 istehsal sifarişini yerinə yetirdiyi bildirilir. Həmçinin, açıqlamada hərbi-texniki əməkdaşlıq sahəsində 25 sifarişin ica olunduğu göstərilir.
Məlumatda qeyd edilir ki, özügedən sifarişlərin şirkət tarixi boyunca tamamlanan ən böyük göstərici olub.
Xatırladaq ki, 2022-ci ilin noyabrında “Kalaşnikov”un Rusiya ordusuna hərbi texnika təchizatının koordinatoru vəzifəsinə təyin edildiyinə dair xzəbər yayılmışdı.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu