Rusiyada müharibəni dəstəkləyənlərin sayı kəskin artıb


Rusiyada prezident Vladimir Putin ötən ilin sentyabrında “qismən” səfərbərlik elan etdikdən sonra Ukraynadakı müharibəni dəstəkləyən rusların sayı kəskin azalıb, lakin hakimiyyət səfərbərliyin başa çatdığını elan etdikdən sonra onların sayı yenidən artıb.


AFN.az-ın məlumatına görə, “The Wall Street Journal” Ümumrusiya “İctimai rəy” Fondunun keçirdiyi qapalı sosioloji sorğunun nəticələrinə əsasən belə xəbər verib. Sorğunun nəticələrinə görə, ötən il sentyabrın sonunda Ukraynada “xüsusi təyinatlıların əməliyyatı”nı respondentlərin 34 faizi, noyabrın əvvəlində isə 80 faizi dəstəkləyib.
ABŞ nəşrinin yazdığına görə, Rusiya Prezidentinin Administrasiyasında bu araşdırmanı sifariş verənlər hesab edir ki, ölkədə yenidən səfərbərlik elan edilərsə, bunun xalqda kütləvi narazılıq yaradacağı kimi böyük təhlükə yoxdur.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu