Türkiyə və İran XİN başçıları görüşüb


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşüb.


Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, görüşdə Tehran və Ankara arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən mühüm regional və beynəlxalq məsələlər müzakirə olunub.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin bir müddət əvvəl Türkiyəyə gözlənilən səfəri ilə bağlı məlumat yayılmışdı. Bu baxımdan səfərdən öncə bu görüşün də böyük əhəmiyyətinin olduğu vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu