Lavrov Zelenski ilə danışıqları rədd etdi


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Vladimir Zelenskinin sülh planına “Bu barədə söhbət gedə bilməz”-deyə cavab verib.


AFN.az-ın xəbərinə görə, Ukrayna Xarici İşlər Nazirliyi cavab verib ki, Lavrov bir daha Rusiyanın real niyyətlərini dilə gətirib.
Rusiya XİN rəhbəri Zelenskinin bəzi tamamilə mənasız təşəbbüslər irəli sürdüyünü deyib.
Mümkün olan hər şeyin yığıldığı on bəndlik plan: ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi, bioloji, rus qoşunlarının hər yerdən çıxarılması, Rusiya Federasiyasının təqsirini boynuna almasını, tribunal, qınama və s. nəzərdə tutur.
“Zelenski ilə onun təşəbbüsü barədə danışıqlardan söhbət gedə bilməz”-deyə Lavrov bəyan edib.
Buna cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib ki, Lavrov bir daha Rusiyanın real niyyətlərini dilə gətirib.
“Moskva qəti şəkildə sülhdə maraqlı deyil. Rusiya rejimi nümayəndələrinin danışıqlara hazır olmaları, “Milad bayramında atəşkəs”, Qərbdən real təkliflərin gözlənilməsi ilə bağlı açıq manevrləri Rusiyanın Ukraynaya növbəti terror hücumuna hazırlaşmaq üçün sadəcə tüstü pərdəsidir”-Nikolenko özünün “Facebook” səhifəsində belə yazıb.
“Yaxşı xəbər odur ki, tərəfdaşlarımız Rusiya Xarici İşlər Nazirliyinin dediklərinə çoxdan məhəl qoymurlar”-deyə o, əlavə edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu